Avtovağzalda çaxnaşma (VİDEO)
20.03.2015 700 0.0 0

Novruzun gəlişi ilə əlaqədar olaraq Bakı Beynəxalq Şəhərlərarası Avtovağzalda əməlli-başlı sərnişin sıxlığı yaşanır. Artıq dünəndən başlayaraq avtovağzalda sərnişinlərin sayı ikiqat artıb. Bəs hazırda Bakı Beynəlxalq avtovağzalda nə baş verir? Qazeta.info bildirir ki, qeyd olunan suala cavab tapmaq üçün ANSPRESS avtovağzalda araşdırma aparıb.

Həqiqətən də, buraya çatanda gördük ki, adam əlindən tərpənmək mümkün deyil. Kimi biletini alıb yol tədarükünü görüb bölgəyə yollanır, kimi də saatlarla avtovağzalda dayanıb marşrutunu gözləyirdi. Əvvəlcədən bilet alanlar vaxtında yola düzələ bilirdilər. Lakin bir çoxu biletlərin yoxluğundan və avtobus çatışmazlığından şikayətləndi.

Sərnişinlərin əsas şikayəti saatlarda avtobus gözləmələri barədə oldu. Lakin lazım olan ünvana gedəcək matrşurut tapa bilmirlər.

“Avtobusların çoxunun qarşısında hara getdikləri barədə yazılmayıb. Camaat da qaçır o avtobusun, bu avtobusun dalınca. Bayaqdan gözləyirəm, Xudata gedən avtobus yoxdur. Heç Quba-Qusar avtobusu da yoxdur. Bilmirik dərdimizi kimə deyək. Bayram günü avara olmuşuq”, - deyə Qafar Axundov adlı kişi şikayətlənib.

Baxmayaraq ki, Beynəlxalq Avtovağzal rəhbərliyindən bildirilmişdi ki, bayram günlərində nəqliyyatın fəaliyyətində heç bir problem olmayacaq, hələ ki, sərişinlər onlara edilən xidmətdən narazılıqlarını bildirirdilər.

Qeyd edək ki, avtovağzal rəhbərliyindən bildirilmişdi ki, bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında bütün istiqamətlərə ümumilikdə 400-dən artıq əlavə avtobus buraxılacaq. Bayramda sərnişin sıxlığının yaranacağı gözlənilsə də, heç bir problem yaranmayacaq. 

Məsələ ilə əlaqədar Beynəlxalq avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev ANS PRESS-ə bildirdi ki, yaranmış problem tezliklə həll ediləcək. Onun sözlərinə görə, gözləniləndən də artıq sərnişin axını olduğu üçün müəyyən çatışmazlıqlar yaranıb. Qısa vaxt ərzində xəttə əlavə avtobuslar buraxılacaq.

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar