Avtomobil aşıb, ölən və xəsarət alan var
18.05.2017 584 0

Xızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 17-də saat 17 radələrində Xızı şəhəri ərazisində Abşeron rayon sakini Süleyman Mənsumov idarə etdiyi "Prado" markalı avtomobili aşırıb. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib. S.Mənsimov orada ölüb, sərnişinlərin vəziyyəti orta ağırdır.
Xızı RPŞ tərəfindən araşdırma aparılır.
Digər xəbərlər:
Şərhlər