Avropanın ən yaxşı oxatanları finalda
22.06.2015 688 0.0 0
Hollandiyalı cütlük Ukrayna idmançılarından qisas almağa çalışacaq

Bir qədər sonra Tofiq Bəhramov adına Respublika Stadionunda  kamandan oxatma yarışlarının yarımfinalı başlayacaq.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, yarımfinalda danimarkalı Syef Van Den Berq 2008 Olimpiya çempionu Viktor Rubanla (UKR) qarşılaşacaq. Holland Van der Ven  isə Markiya İvaşko (UKR) ilə mübarizə aparacaq.

3-cü yerdə olan Van Den Berq bolqar rəqibi Yavor Vasilyev Xristova 7-3 hesabı ilə qalib gələrək dünya üzrə sıralanmada öz 101-ci yerini qorumağa davam edir. 20 yaşlı idmançı indi özündən arxayındır:

Kiminsə gözləntilərini doğrultmaq istəmirəm. Lakin yarışı belə davam etdirsəm, hər şey ola bilər.-Syef Van Dan Berq

Ukrayna komandasının 3 nömrəli idmançısı Georgiy İvanitskiy luksemburqlu Jef Henkleslə qarşılaşdı. Bundan əvvəl o, italiyalı Deyvid Pasqvaluçini 6-4 hesabı ilə məğlub etmişdi.  

Dünyanın 12 nömrəli idmançısı Migel Alvarino Qarsiya (ESP) 6-0 hesabı ilə Robin Ramakersə (BEL) qalib gələrək 5-ci yerdə qərarlaşmış Floriyan Kahlund (GER) ilə mübarizəni davam etdirdi.

Kahland ispaniyalı Antoni Fernandezlə gərgin mübarizə apardı və 6-4 hesabı ilə qalib gəldi.

Autsayder Den Habjan Malavazik təsnifat mərhələsində 56-cı yer uğrunda mübarizəni davam etdirərək 6-cı yerdə qərarlaşan Lukas Daniyellə (FRA) qarşılaşmaq üçün Xuan İqnasiyo Rodrigezi (ESP) məğlub etdi.

 

İlk dəfədir ki, gərgin olmadığım üçün xoşbəxtəm. 1\32 seçim mərhələsində diqqətimi cəmləyib yaxşı atəş aça bildim.-Habjan Malavazik

Kyeran Slater (GBR) 43-cü yer təsnifatında Aleksandr Kojinə (RUS) qalib gələrək fransalı Pyer Plihonla qarşılaşdı.

Qarışıq komanda görüşündə ən yüksək yeri tutan Mauro Nespoli (İTA) Slavomir Naploseklə (POL) mübarizə aparmaq üçün başqa bir polşalı Rafal Vojtkovyakı (POL) məğlub etdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar