Avropada ilin ən yaxşı gənc futbolçusu bəlli olub-FOTO
30.12.2015 640 0.0 0

Avropada ilin ən yaxşı gənc futbolçusunun kimliyi bəlli olub.
 
Qazeta.info Apasport.az saytının məlumatına əsasən bildirir ki, UEFA-nın tvitter hesabında keçirilən səsvermədə “Bayer Leverkuzen”in və Türkiyə milli komandasının yarımmüdafiəçisi Hakan Çalhanoğlu qalib gəlib.
 
Sorğuda iştirak etmiş izləyicilərin 58%-nin səsini qazanmış 21 yaşlı futbolçu hamını qabaqlayıb.
 
Sonrakı pillədə isə "Barselona"nın üzvü Serji Roberto qərarlaşıb. Serji 19 faiz səs toplayıb.
 
Səslərin 17 faizinə yiyələnmiş "Yuventus"un üzvü Kinqsli Koman 3-cü, Leroy Sane (Şalke) isə 6 faiz səslə 4-cü olub.
 
Qeyd edək ki, bu mövsüm ümumilikdə 27 oyunda meydana çıxan Çalhanoğlu 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar