Avropada böyük fəlakət- VİDEO, FOTO
02.06.2016 770 0.0 0

 


Fransada son bir neçə gün davam edən leysan yağışlar bir çox rayonlarda yaşayış mənqətələrini su altında qoyub. Daşqınlar Parisdən yan keçməyib.  "Euronews"a istinadən verilən məlumatda Sena çayında su səviyyəsinin 4 metri ötdüyü bildirilib. Çayın paytaxtdan keçən hissəsində səyahət gəmilərinin hərəkəti dayandırılıb. Yağıntı səngisə də, Senanın qollarında su məcrasından çıxıb. Parisin Luara departamentində vəziyyət bir qədər yüngülləşib. Bir çox küçələr, geniş əkin sahələri hələ də daşqın suları altında qalıb. Yüzlərlə avtomobil yollarda istifadəsiz şəkildə qalıb.

Bəzi sahələrdə suyun səviyyəsi maşının damına qədər yüksəlib. Bir çox sürücülər və sərnişinlər xüsusi texnikanın köməkliyi ilə evakuasiya olunub. Xilasedicilər az qala fasiləsiz şəkildə axtarış-xilasetmə əməliyyatlarını həyata keçirir. Sinoptiklər bu gün Fransanın cənub və mərkəzi bölgəsində yağışların bərpa olunacağını bildirsə də, şənbə günü axşama vəziyyətin normallaşacağı gözlənilir.

Almaniyanın Bavariya ərazisində qasırğa və leysan yağışlardan bəzi yaşayış məntəqələri daşqın suları altında qalıb. Avstriya sərhədi yaxınlığında yerləşən Triftern qəsəbəsində  bir çox evləri və yolları su basıb. Xilasedicilər  ətrafdan təcrid olmuş bir çox sakinləri helikopterlə təxliyyə edib. Yüksəklikdə yerləşən qəsəbə məktəbinə aparan yollar daşqın suları altında qaldığından 250-ə yaxın şagird məktəbin idman zalında gecələməli olub. Daşqın qurbanlarını xilas etmək üçün yüzlərlə texnika işə cəlb olunub./anspress/

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar