Avropa Şurasının baş katibi Azərbaycan xalqına başsağlığı verib
02.03.2018 1024 0.0 0

 Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğında insanların ölməsi ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, T.Yaqland bəyanatında Bakıda baş verən yanğın nəticəsində ölən insanların olması ilə bağlı faciəvi xəbərlərdən sarsıldığını bildirib.

"Öz adımdan və Avropa Şurası adından ölənlərin ailələrinə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına başsağlığı diləyirəm. Bu faciəli anda Avropa Şurası Azərbaycan xalqının yanındadır", - bəyanatda deyilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar