Avropa Oyunlarından sonra bu qaydalar dəyişməyə bilər (VİDEO)
29.06.2015 688 0.0 0

Avropa Oyunları ərəfəsində Azərbaycanda maraqla izlənilən addımlardan biri də Nəqliyyat Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə birlikdə yollarda yaratdığı səliqə-səhman idi. Əvvəlcədən alınmayacaq kimi görünən, yol nəqliyyatının tənzimlənməsi əksinə yolları daha da hərəkətli etdi. Düzdü şəhərə avtomobillərin buraxlışında qadağa var idi, sarı zolaqdan istifadə cəriməli idi. Azərbaycan vətəndaşı da cərimələnməkdən çəkindi və qaydalara riayət edib yol qadağalarına əməl etdi. Bəs bu səliqə-səhmanı bundan sonra da davam etdirmək mümkün olacaqmı?

ANS TV-nin məlumatına görə, iyulun birinədək qüvvədə olan bu qaydalar paytaxtda sıxlığın azalmasına, qanunsuz parklanmanın aradan qalxmasına səbəb oldu. Ən maraqlısı isə odur ki, ilk Avropa Oyunları günlərində təhlükəsizlik tədbirləri nəticəsində yol nəqliyyat hadisələrinin sayında da azalma müşahidə edildi.

Təkcə may ayındakı qəzalarda ölüm faktı ötən ilin analolji dövrü ilə müqayisədə 50 fakt azalıb.

Bir ay müddətində paytaxt yollarında müşahidə etdiyimiz müsbət dəyişikliklər gündəmə bu sualı gətirir. Qaydaları oyunlardan sonra da tətbiq etmək mümkündürmü?

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, bununla bağlı vətəndaşların müraciəti həddindən artıq çoxdur:

“Hazırda yollarda bəzi məhdudiyyətlər var. Hansı ki, bu məhdudiyyətlərin tətbiq olunması üçün yalnız Nazirlər Kabinetini təhlükəsizlik komissiyasını mütləq şəkildə qərarı olmalıdır. Artıq bununla bağlı komissiya tərəfindən müəyyən məsələlər müzakirə olunur. Ola bilsin ki, yük avtomobillərinin hansı saatlarda buraxılmaması, ya da şəhərə hansı avtomobillərin girişinə məhdudiyyətlər tətbiq olunması komissiyanın verəcəyi qərardan asılı olacaq”.

İlk Avropa Oyunları ilə bağlı tətbiq olunan qaydaların bəzilərinin bundan sonra da saxlanması paytaxtdakı tıxac problemini həll edə bilər. Lakin bu qaydalar vətəndaşların maarifləndirilməsi ilə paralel şəkildə, könüllülük prinsipi əsasında həyata keçirilməlidir.

Ekspert Azər Allahverənovun sözlərinə görə, tətbiq oluna yeni qaydalar bir daha onu göstərdi ki, həqiqətən də Bakı yollarında tıxaclarla mübarizə aparmaq mümkündür: "Bu zaman məzmununa nəzər yetirmək lazımdır. Məzmun nədən ibarətdir? Məzmun ondan ibarətdir ki, bu gün qüvvədə olan sarı zolaqları tamamilə yeni fərqləndirici zolaqlarla əvəz etmək olar”.

Azərbaycanda ilk Avropa Oyunları zamanı tətbiq edilən yol hərəkəti qaydaları bir çox inkişaf etmiş ölkələrdə çoxdan sınanıb. Məsələn, London təcrübəsində şəhərin mərkəzində şəxsi avtomobillərdən istifadə olduqca azdır. Burada sürücülər şəxsi avtomobillərini onlar üçün ayrılmış dayanacaqda saxlayaraq mərkəzə doğru ictimai nəqliyyatdan istifadəyə üstünlük verirlər.

ABŞ-da isə operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqlar var ki, digər nəqliyyat vasitələrininin buradan hərəkəti qadağandır./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar