Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana gəlib
21.07.2015 626 0.0 0

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 21-də Azərbaycana rəsmi səfərə gəlib.

Məlumata görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar