Avrasiya iqtisadi ittifaqının pul vahidinin adı açıqlandı
12.03.2015 705 0.0 0

Avrasiya iqtisadi ittifaqı nəzdində vahid valyuta 2016-cı ilin 1 yanvar tarixində tədavülə çıxarlıla bilər.
 

Məlumata görə, bu barədə “Alpari” şirkətinin analitik deportamentinin direktoru Aleksandr Razuvayev “Narodniye novosti” portalına müsahibəsi zamanı deyib.

“Xarici siyasətdə olan vəziyyət çox güman ki, bu iqtisadi qərara təsir edib və prezident Vladimir Putin həmin prosesi tezləşdirir. Fikrimcə yeni valyuta artıq 2016-cı ilin 1 yanvar tarixindən tətbiq olunmağa başlayacaq”- deyə Razuvayev bildirib.

Hətta artıq valyutanın adı barədə 2 qəbul edilmiş variant verilir. Bunlardan birincisi- “altın” adı, Qazaxstan prezidenti Nursultan Nazarbayev tərəfindən verilib. İkincisi isə toponimdən yaranıb ki, bu da “Yevraz”dır.

Qeyd edək ki, martın 10-nu Rusiya mərkəzi bankı RF prezidenti Vladimir Purindən Avrasiya iqtisadi birliyi çərçivəsində valyuta birliyinin yaradılması məsələsinin mümkünlüyünün araşdırılması əmrini alıb.

Əvvəlcə güman edilirdi ki, yeni vaalyutanın tətbiq edilməsi 2025-ci il üçün nəzərdə tutulub. Lakin ekspertlərin fikrincə proses hissolunacaq dərəcədə tez baş verəcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar