Atletlər Kəndində yaralanan avstriyalı idmançıdan xəbər var
23.06.2015 869 0.0 0
“İyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində baş vermiş qəza nəticəsində xəsarət alan avstriyalı idmançı Vanessa Sahinoviçin vəziyyəti orta sabitdir və onun müalicəsi davam etdirilir“.

 

Məlumata görə, bunu Avstriya teleradio kanalına (ORF) müsahibəsində idmançının müalicə aldığı Vyana Dunay Xəstəxanasının travmatologiya şöbəsinin rəhbəri Mehdi Musavi bildirib.

 

15 yaşlı V.Sahinoviçin bir neçə sümük sınığı diaqnozu ilə xəstəxanaya qəbul edildiyini və onun üzərində cərrahiyyə əməliyyatının aparıldığını qeyd edən M.Musavi əlavə edib ki, idmançının müalicəsi təxminən 3-4 həftə xəstəxana şəraitində davam etdiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar