Atıcılıq yarışlarının yaddaqalan məqamları
23.06.2015 603 0.0 0
Bakı 2015 Avropa Oyunlarında Atıcılıq üzrə yarışların icmalı

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Bakı 2015 Avropa Oyunlarında atıcılıq üzrə 16-22 İyun tarixlərində müxtəlif kateqoriyalar üzrə yarışlar keçirilib.

Bakı 2015-də atıcılıq yarışı ilə bağlı bəzi əsas məlumatlarla tanış olun:

 

İştirakçıların sayı  - 330 idmançı (Kişilər - 210 atıcı, qadınlar - 120 atıcı) 

 

İştirakçı ölkələr - 48 Milli Olimpiya Komitəsi təmsilçiləri qatılıb. Atıcılıq üzrə Azərbaycanı 10 idmançı təmsil edib.

Medallar - Atıcılıq üzrə 57 medal dəsti təqdim olunub.

 

TİTULLU İDMANÇILAR

 

Oyunlarda 4 Olimpiya çempionu iştirak edib. 

Rumıniyadan Alin Moldoveanu - kişilərin 10 metrdən hava tüfəngi ilə atəş yarışı üzrə London 2012-in çempionudur. Münhendə ISSF dünya kubokunu səkkizinci yerdə tamamlayıb.

Sloveniyadan Raymond Debevec səkkiz Olimpiya Oyunlarının iştirakçısıdır. Sidney 2000-nin qızıl medalçısıdır.

İtaliyadan Nikolo Kampriani - London 2012-nin qızıl və gümüş medalçısıdır.

Azərbaycandan İradə Aşumova - dünya çempionatında iki gümüş, Olimpiya oyunlarının bürünc medalçısıdır.

 

REKORDLAR 

 

Serbiyadan Damir Mikeç Bakı 2015 Avropa Oyunlarında qapalı məkanda atıcılıq silsiləsində Serbiya üçün dörd qızıl medaldan üçünü qazandı. Ümumiyyətlə, Serbiya yalnız 4 qızıl medal alıb.

 

MARAQLI ANLAR 

 

İradə Aşumova ilk dəfə öz oğlu Ruslan Lunevlə birlikdə yarışıb. Ana-oğul 10 metrdən hava tapançası ilə atəş üzrə qarışıq komandada yanaşı mübarizə aparıblar.

57 yaşlı İradə Aşumova Bakı 2015 Avropa Oyunlarının ən yaşlı yarış iştirakçısı olub.

Atıcılıq üzrə yarışların nəticələri:

Kişilər arasında 10 metrdən hava tüfəngi ilə atəş:

Vitaliy Bubnoviç (Belarus) – qızıl
Nikolo Kampriani (İtaliya) – gümüş
Sergey Rixter (İsrail) – bürünc

Qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəş:

Andrea Arsoviç – (Serbiya) – qızıl
Sara Hornung (İsveçrə) –gümüş
Barbara Engleder (Almaniya) – bürünc

Qadınlar arasında səngər stendi:

 

Fatima Qalves (İspaniya) – qızıl
Arianna Perilli (San Marino) – gümüş
Yelena Tkaç (Rusiya) - bürünc

Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəş:

Zorana Arunoviç (Serbiya) – qızıl
Sonya Franguet (İspaniya) – gümüş
Viktoriya Çaika (belarus) – bürünc

Kişilər arasında səngər stendi:

Aleksey Alipov (Rusiya) qızıl
Erik Varga (Slovakiya) – gümüş
Covanni Pellielo (İtaliya) bürünc

Kişilər arasında metrdən hava tapançası ilə atəş:

Damir Mikec (Serviya)
Joao Kosta (Portuqaliya) – gümüş
Juraj Tuzinskiy (Slovakiya) bürünc

Kişilər arasında 50 metrdən uzanaraq tüfəng ilə atəş: 

 

Henri Junghaenel (Almaniya) – qızıl
Marko de Nikolo (İtaliya) – gümüş
Sergey Martınov (Belraus)

Qarışıq komanda səngər stendi:

 

Slovakiya - qızıl
Rusiya Federasiyası - gümüş
San Marino- bürünc

Qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş:

Petra Zublasinq (İtaliya) – qızıl
Laurens Briz (Fransa) – gümüş
Oliviya Hoffman (Avstriya) - bürünc

Kişilər arasında qoşa səngər stendi:

Vitali Fokeyev (Rusiya) qızıl
Riçard Foqnar (Macarıstan) – gümüş
Antonino Borilla (İtaliya) – bürünc

Kişilər arasında 50 metrdən tapança ilə atəş:

 

Damir Mikec (Serbiya) – qızıl
Pavol Kopp (Slovakiya)
Abdullah Ömər Alimoğlu (Türkiyə) bürünc

Qadınlar arasında 25 metrdən tapança ilə atəş:

Gerber Diethelm (İsveçrə) - qızıl
Antoenetta Boneva (Bolqarıstan) - gümüş
Monika Karç (Almaniya) – bürünc

Qadınlar arasında Dairəvi stend:

 

Amber Hill (Böyk Britaniya) – qızıl
Diana Bakosi (İtaliya)
Çiara Kainero (İtaliya)

Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş:

Valerian Sauvepleyn (Fransa)- qızıl
Petar Gorsa (Xorvatiya) – gümüş
Vitali Bubnoviç (Belarus) - bürünc

Kişilər arasında Dairəvi stend:

Valerio Luçini (İtaliya) -qızıl
Stefan Nilsson (İsveç) - gümüş
Marko Kemppainen (Finlandiya) - bürünc

Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş:

 

Kristian Reyts – Almaniya – qızıl
Aleksey Klimov (Rusiya)-qızıl
Oliver Geys (Almaniya) – bürünc

Qarışıq Komanda halında dairəvi stend:

İtaliya - qızıl
Kipr- gümüş
Fransa - bürünc

Qarışıq Komanda halında 10 metrdən hava tüfəngi ilə atəş:

İtaliya - qızıl
Danimarka - gümüş
Rusiya -bürünc

Qarışıq Komanda halında 10 metrdən hava tapançası ilə atəş:

Almaniya - qızıl
Yunanıstan - gümüş
Rusiya - bürünc

 

MEDAL ALAN ÖLKƏLƏRİN SİYAHISI

 

İtaliya – 4 qızıl, 3 gümüş, 3 bürünc
Serbiya – 4 qızıl
Almaniya 3 qızıl, 3 bürünc
Rusiya – 2 qızıl, 2 gümüş, 3 bürünc
Slovakiya – 1 qızıl, 2 gümüş, 1 bürünc
Fransa – 1 qızıl, 1 gümüş, 1 bürünc
İspaniya 1 qızıl, 1 gümüş
İsveçrə - 1 qızıl, 1 gümüş
Belarus 1 qızıl, 3 bürünc


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar