Astronomlar ilk dəfə ekzoplanetin atmosferindən danışdılar
02.03.2018 1033 0.0 0

Beynəlxalq astronom komandası ekzoplanetlərlə bağlı yeni açıqlama verib.

Məlumata görə, açıqlamaya əsasən, ekzoplanetlərin atmosferi kimyəvi tərkibinə görə Günəş sistemindəki planetlərdən kəskin şəkildə fərqlənir.

Alimlər ilk dəfə olaraq “WASP-39b” planetinin atmosferini təsfir ediblər. Planet Yerdən 700 işıq ili uzaqlıqdadır. Alimlər “Hubble” teleskopu vasitəsilə əldə edilən məlumatları incələyiblər. Məlum olub ki, planet Günəşə bənzər ulduzun ətrafında dövr edir və qaynar saturnlar-qaz nəhəngləri sinfinə aiddirlər. Onun atmosferində buludlar yoxdur.

Alimlər eyni zamanda su buxarının izlərini də aşkar ediblər. Bu planetdə su buxarı Saturna nisbətən 3 dəfə çox olub. Bundan başqa planetin atmosferində ağır elementlər də aşkar edilib. Bu, planetin çoxsaylı kometlər tərəfindən hücuma məruz qaldığını sübut edir./olke.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar