Astarada boğazında dərman həbi qalan körpə ölüb
27.02.2017 666 0.0 0

Astara rayonunda 3 yaşlı körpə faciəvi şəkildə ölüb.


Məlumata görə, hadisə rayonun Artoba kəndində baş verib.
Belə ki, həmin kənddə yaşayan 3 yaşlı Ağazadə Həlimə Kamran qızı xəstə olduğu üçün valideynləri tərəfindən ona dərman verilib. Bir qədər sonra uşağın vəziyyəti pisləşib. Məlum olub ki, qəbul etdiyi dərmanın boğazında qalması nəticəsində körpə boğularaq ölüb.
Körpənin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar