Astanada türk xalqlarının musiqi festivalı keçirilib-FOTO
25.07.2015 572 0.0 0

Qazaxıstanın paytaxtı Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü ümumdünya konfransı keçirilib. Konfrans çərçivəsində TÜRKSOY tərəfindən türk xalqlarının musiqi festivalı təşkil olunub. 
Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim ediblər.
Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki, Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak ediblər.
Festivalda Azərbaycandan "Aypara" muğam üçlüyünün - ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov çıxışları ilə iştirakçılara xoş anlar bəxş ediblər.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar