AST Telmanın adı yenə borc qalmaqalında
29.07.2015 580 0.0 0

 

Azərbaycanlı milyarder Telman İsmayılovun Antaliyadakı möhtəşəm "Mardan Palace" otelinin satışı ilə ilə bağlı yeni məlumat yayılıb.

Türkiyənin "Milliyət" qəzetinə istinadla verilən məlumata görə, Antaliyanın Kundu bölgəsində A1,5 milyard dollara başa gələn və 2010-cu ildə "Turizmin Oscarları" adlandırılan "World Travel Awards 2010"da "Dünyanın ən lüks oteli" seçilən "Mardan Palace"nin başı yenə borclarla dərddədir. 

 


Milyard dollarlıq otelin açılışı - T.İsmayılov


Məlumata görə, otelin borcları ilə bağlı icra məntəqələrində 67 sənəd var. "Mardan Palace Hotel" və biri Telman İsmayılova aid olan 6 ultralüks villadan ibarət 104 min 719 kvadrat metrlik ərazini əhatə edən kompleksin sahibi olan AST İnşaat Turizm Sənaye və Ticarət A.Ş-nin ancaq Antaliya Ədliyyəsindəki 16 icra dairəsində sənədləri var. Bunlardan bəzi işlər artıq bağlanılıb. Lakin bəzi işlər üzrə iddialar açıq qalıb. 

 


"Mardan Palace"nin tikintisində İstanbuldan ilham alınıb.

 

İstanbul Kadıköy 3-cü İcra Dairəsindən Antalya 6-cı İcra Dairəsinə göndərilən təlimatda “ART Decor” firmasına 2 254 898 lirə borca görə otelin hərracını tələb edilib. Müsadirə haqda qərar verilməsinə baxmayaraq, İstanbuldan təlimatın xərcləri ödənilmədiyi üçün müsadirə qərarı icra olunmur.

Möhtəşəm otelin inşaasında 10 min kvadrat metr qızıl, 500 min kristaldan istifadə edilib. "Mardan Palace" İstanbulun tarixi binalarından ilhamlanaraq tikilib. 23 may 2009-cu ildə istifadəyə verilib. Otelin açılışına dünya ulduzları qatılıblar. 

1200 nəfərə xidmət edən oteldə 11 restoran, 11 kafe bar, 1200 nəfərlik bal salonu var. 

 

 

Otelin açılış mərasiminə Paris Hilton, MOnika Bellluci, Merak Kerri, Mel Gibson kimi ulduzlar da qatılıb. 


Xatırladaq ki, bu, otelin borcları ilə bağlı ilk hərrac deyil. Belə ki, bir neçə ay öncə iş adamından borcunu ala bilməyən "Halkbank" rəsmi orqanlara müraciət edərək haqqını tələb etmişdi. Nəticədə icra iş adamının otelini hərraca çıxarmaq haqqında qərar qəbul etmişdi. Ancaq otelin satışına razılıq verməyən Telman İsmayılov (AST) icra idarəsinə olan 100 milyon dollarlıq borcu ödəyəcəyini bildirib. Milyarderin bu öhdəliyi qəbul etməsi ilə otelin satışı dayandırılıb. T.İsmayılovun borcunun 68 milyon dollar civarında olduğu bildirilirdi. İş adamı 100 milyon dollarlıq borcunu 4 il ərzində illik 25 milyon dollar olaraq ödəyəcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar