AŞPA-nın vitse-prezidenti sessiya zamanı Serj Sarqsyanı ittiham edib
24.01.2018 1035 0.0 0

"Siz nə üçün Xocalı soyqırımından danışmadınız? Həmin soyqırımında azərbaycanlı yaşlılar, uşaqlar məhv ediliblər. Nə üçün Qarabağda törətdiyiniz etnik təmizləmə siyəsətiniz barədə heç nə demirsiniz?"

Məlumata görə, bunu Avropa Şurası Parlament Assamleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyana sual verərkən deyib.

"Siz beynəlxalq təşkilatların qərarlarına riayət etmirsiniz. İstər bu təşkilat olsun, istərsə də BMT-nin qətnamələri olsun", - S.Seyidov vurğulayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar