AŞ PA sədri vəzifəsinə namizədlərin adları açıqlanıb
07.10.2017 529 0.0 0

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri vəzifəsinə namizədlərin adları açıqlanıb.

Təşkilatın saytına istinadən xəbər verir ki, bu vəzifəyə Stella Kiriakides və Emanuelis Zinqerisin namizədliyi irəli sürülüb.

AŞ PA-nın qaydalarına uyğun olaraq yeni sədr oktyabrın 9-da Strasburqda payız sessiyasında gizli səsvermə yolu ilə seçiləcək.

Qeyd edək ki, AŞ PA sədri Pedro Aqramunt dünən istefa verib. Hazırda Assambleyanın sədri vəzifəsini Rocer Qeyl icra edir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar