Arxiv İdarəsinə yeni rəis təyin edildi
21.02.2017 958 0.0 0

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Mehman Məmmədovun muxtar respublikanın Dövlət Arxiv İdarəsinin rəisi təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamda deyilir: 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mehman Abdulla oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi təyin edilsin.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar