Arıqlamaq üçün çay
06.02.2016 692 0.0 0

Zəncəfil çayı arıqlamağa kömək edir.

Bu çayı qida qəbulundan yarım saat əvvəl içdikdə, iştaha azalır və bu səbəbdən insan daha tez doyur.

Zəncəfil çayı belə hazrlanır: orta ölçüdə olan zəncəfil kökünü təmizləyin, xırda doğrayın və axşamdan termosda 1 l qaynar suda dəmləyin. Gün ərzində bu çayı adı çay kimi qəbul edin. Çayın dadını yaxşılaşdırmaq üçün 1/2 çay qaşığı bal və 1 dilim limon əlavə etmək olar. Zəncəfil çayı aclıq hissini azaldır və mübadilə proseslərini sürətləndirir ki, nəticədə insan tez və rahat arıqlayır.

Belə çayı tək arıqlamaq məqsədi ilə yox, soyuqdəymələr zamanı da istifadə etmək olar./saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar