Arıqladan, yağları əridən detoks - RESEPT
20.04.2016 676 0.0 0

Yay ayları yaxınlaşdıqca güzgü qarşısına keçənlərin çoxu xəyal qırıqlığına uğrayır. Üst geyimlərini çıxardıqdan sonra görünən görüntü, hətta bir çoxlarını depressiyaya salır. Qışdan yığılıb qalan artıq çəki, yağlar heç də ürəkaçan olmur. Lakin çıxış yolu var – detoks! Yaya hazırlıq məqsədilə bədəninizi sağlam arıqlatmaq və şişkinliklərdən xilas olmaq üçün detoks edə bilərsiniz. Yay fəslinə xoş əhval-ruhiyyə ilə keçmək istəyirsinizsə, arıqladan detokslardan istifadə edin. Yay yaxınlaşdıqca bədənimizin müqavimətini artırmaq, şişlərdən xilas olmaq və halsızlıqların qarşısını almaq üçün detoks ən doğru variantdır. Aile.lent.az sizə möcüzəvi 7 detoksun hazırlanma qaydasını təqdim edir.

 

 

1. Yaşıl detoks

 

  • 2 ədəd alma
  • Kiçik ölçülü xiyar
  • 1 ədəd kərəviz
  • İstədiyiniz qədər ispanaq
  • 1 stəkanı cəfəri, kahı və nanə qarışığı

 

Hazırlanması:

 

Alma, xiyar, kərəviz, ispanaq, cəfəri, kahı, nanəni meyvə şirəçəkənə yığın və ya sularını çıxarın. Əgər şirəçəkəniniz yoxdursa, alma, xiyar, kərəviz və ispanağın suyunu çıxarın, sonra blenderdən keçirin. Hər iki üsulla də bir az gözlədikdən sonra içə bilərsiniz.

 

 

2. Yaz meyvələri detoksu

 

Bərabər miqdarda olacaq şəkildə

 

  • Çobanyastığı çayı
  • Banan
  • Çiyələk

 

Hazırlanması:

 

Meyvələri sıyıq hala gələnə qədər blenderdan keçirin. Sonra üzərinə çobanyastığı çayını əlavə edin və qarışdırın. Soyuduqdan sonra içə bilərsiniz.

 

 

3. Turş detoks

 

  • 1 limon
  • 1 ədəd qreypfrut
  • 1,5 litr su

 

Hazırlanması:

Limon və qreypfrutu dilimləyin, suya əlavə edin. Təxminən 4 saat gözlətdikdən sonra istədiyiniz kimi yeyə bilərsiniz. Zövqünüzə uyğun olaraq təzə nanə yarpaqları da əlavə edə bilərsiniz.

 

 

4. Rəngli detoks

 

  • 1 ədəd limon
  • 3 ədəd nar
  • 5 yarpaq təzə nanə
  • ½ litr su

 

Hazırlanması:

 

Əvvəlcə narların suyunu sıxın və suya əlavə edin. Sonra limonu dilimləyərək suya əlavə edin. Ən sonda isə nanə yarpaqlarını da suya əlavə edin və bir az qarışdırın. 5 saata qədər soyuducuda saxladıqdan sonra istədiyiniz kimi içə bilərsiniz.

 

 

5. Moruq detoksu

 

  • 150 qram moruq
  • 1 ədəd xiyar
  • 1 ədəd alma
  • 1 ədəd limon
  • 1,5 litr su

 

Hazırlanması:

 

Limon, alma və xiyarı dilimləyin və suya atın. Sonra moruğu da suya əlavə edin. Hazırladığınız bu detoksu 4 saata qədər soyuducuda saxladıqdan sonra içə bilərsiniz.

 

 

6. Narıncı detoks

 

  • 1 ədəd kök
  • 1 ədəd portağal
  • 1 armud
  • 2 alma

 

Hazırlanması:

 

Bütün meyvə və tərəvəzləri kiçik halda doğradıqdan sonra blendera qoyun. Sıyıq halına gəldikdə stəkana tökün və için.

 

 

7. Qarışıq detoks

 

  • 1 ədəd pomidor
  • 1 kök
  • 1 ədəd kərəviz
  • 1 ədəd kivi
  • 1 ədəd limon
  • 1 ədəd xiyar
  • 1 ədəd alma
  • 5 ədəd çiyələk
  • 6 ədəd qırmızı üzüm

 

Hazırlanması:

 

İlk olaraq limonu sıxın, daha sonra bütün meyvə və tərəvəzləri kəsərək blendera qoyun. Sıyıq formasını alanadək qarışdırın. Ən sonda limon suyunu da içinə əlavə edin, bir az daha qarışdırın. Hazırladıqdan sonra dərhal içə bilərsiniz. /lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar