Arif Hacılı yenidən Müsavat başqanlığına namizədliyini irəli sürüb
30.09.2019 748 0.0 0

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı yenidən partiya başqanlığına namizədliyini irəli sürüb.

"Report"un xəbərinə görə, bu barədə o, "Facebook" səhifəsində yazıb. 

"Müsavat Partiyası başqanllğına namizədliyimi irəli sürdüm. Sabahdan seçki kampaniyasına başlayıram. Platformamı elan edəcəm. Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq. Əsas hədəfimiz şəffaf, nümunəvi bir qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir. Qurultayda seçkilər, səssayma prosesi tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək. İnternet TV lər vasitəsi ilə canlı yayımlanacaq. Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq", A.Hacılı bildirib. 

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulur. Qurultayda partiyaya başkan seçkisi keçiriləcək. Arif Hacılıdan əlavə Müsavat başqanı postuna partiya funksionerləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliklərini irəli sürüblər.

Xatırladaq ki, partiyanın sonuncu qurultayı 2014-cü ilin sentyabrında keçirilib. Həmin qurultayda Arif Hacılı başqan seçilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar