Argentina Moralesə siyasi bəyanatlar yaymağa icazə verib
16.12.2019 475 0.0 0

Argentina bu ölkəyə gəlmiş Boliviyanın sabiq prezidenti Evo Moralesə siyasi bəyanatlar vermək imkanı yaradıb.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə prezident Alberto Fernandes yanında Nazirlər Kabinetinin yeni başçısı Santyaqo Kafero bildirib.

"Qaçqın Argentina vətəndaşı kimi eyni, o cümlədən söz azadlığı, fikir bildirmək, düşünmək və danışmaq hüquqlarına malikdir. Biz onun azadlığını məhdudlaşdırmayacağıq", - Santyaqo Kafero "Nacion" qəzetinə müsahibəsində bildirib.

Hökumət rəsmisi qeyd edib ki, Moralesin Argentinadan siyasətlə məşğul olması və Boliviyadakı proseslərə təsir edə bilməsi onu narahat etmir.

Daha əvvəl Argentina Xarici İşlər Nazirliyinin başçısı Felipe Sola vurğulayıb ki, Moralesin qaçqın statusu almasından sonra onun siyasi bəyanatlarla çıxış etməsi qadağandır.

Lakin Kafero qeyd edib ki, əgər Morales Argentinadan sığınacaq alsaydı, ona qarşı məhdudiyyətlər tətbiq edilərdi. Nazirlər Kabinetinin başçısı bildirib ki, hazırda Boliviyanın sabiq prezidenti Atgentinadakı qaçqın statusu alıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar