ARDNŞ: İranla əməkdaşlıq intensivləşir (VİDEO)
17.07.2015 674 0.0 0

İranla “altılıq” ölkələri arasında əldə olunan razılaşmadan sonra bu ölkə ilə əməkdaşlıq daha da intensivləşdiriləcək. 

Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ANS-ə eksklüziv müsahibəsində deyib. 

ARDNŞ rəhbərinin sözlərinə görə, o İranda işgüzar səfəri çərçivəsində bu ölkənin neft naziri Zəncani ilə görüşüb. Görüş zamanı iki ölkə arasında iş birliyi haqqında geniş müzakirələr aparılıb.

R.Abdullayev müsahibəsində onu da qeyd edib ki, İranla layihələrdə aktiv iştirak etmə səbəbi yüksək səviyyədə yaranan dostluq münasibətləridir. Burada həm investisiya, həm də operator tipli layihələri tətbiq ediləcək.

 

 

Xatırladaq ki, İran ilə razılaşma çərçivəsində BMT silah embarqosu 5 il qüvvədə qalacaq. Mərmi sanksiyaları isə hələ 8 il qüvvədə saxlanılacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar