Araz Ağalarovun milyonları hara gedir?
04.07.2015 1578 0.0 0

Araz və Emin Ağalarovlara məxsus “Crocus Group” şirkəti Moskvada 600 milyon dollara yaxın sərmayə yatırmağa hazırlaşır.

Məlumata görə, bu barədə “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov bildirib. Onun sözlərinə görə, pullar “Vegas-3” ticarət-əyləncə kompleksinin tikintisinə, həmçinin "Vegas-2"nin genişləndirilməsinə sərf ediləcək. 

"Kuntsevoda “Vegas-3” ticarət-əyləncə kompleksinin tikintisinə biz $500 mln. yatıracağıq, bu kompleks 2017-ci ildə açılacaq", - deyə E. Ağalarov vurğulayıb. 

Bu günə kimi kimi “Crocus Group” şirkəti Moskvada iki obyekt açıb. Bunun birincisi Kaşir şossesindəki 480 min kvadratmetrlik "Vegas-1", ikincisi isə "Vegas-2 Krokus Siti" (285 min kv. m) ticarət-əyləncə kompleksləridir. 

Moskvanın qərbində yerləşəcək üçüncü layihə yeni konseptual zonalarına görə fərqlənəcək. Kompleksdə interaktiv istirahət zonası nəzərdə tutulub. Buraya alpinistlərin dırmanması üçün süni qaya meydanı, iki mərtəbəli velosiped meydanı, buz meydanı, restoranlar, attraksion parkı və s. daxildir. 

"Vegas-2"nin genişlənməsi isə 1300 yerlik yeni “Vegas City Hall” transformer konsert zalının tikintisini nəzərdə tutur. Zalın tikinsinə 40 milyon dollar xərclənəcək və o, hazırda işləyən "Krokus Siti Holl" konsert meydançasını tamamlayacaq. 50 milyon dollar isə "Krokus Siti" ərazisində 12 min kv.m.-lik okeanarium yaradılmasına gedəcək. Emin Ağalarov deyib ki, okeanariumda Rusiyanın müxtəlif iqlim zonalarına xas olan balıqların akvariumları nümayiş olunacaq. /anspress/

 

Britaniya müğənnisi Sami Yusuf "Krokus Siti Holl"da

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar