Apteklərdə yoxlamalar keçirilib
16.02.2022 350 0.0 0

Analitik Ekspertiza Mərkəzi 01.01.2022-14.02.2022-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı təqdim edir.

Qazeta.info qurumun məlumatına əsasən bildirir ki, Bakı şəhəri üzrə - 22, digər rayonlar üzrə 8 aptek olmaqla 30 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilmişdir. Müsadirə edilmiş qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 58 adda, 90.4 qutu təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar