Aparıcı 3 dəfə səhv etdi, prezident əsəbləşdi
26.05.2015 888 0.0 0

Aparıcı Türkiyə prezidentini əsəbləşdirdi. Məlumata görə, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sinan Erdem idman salonunda ticarətçilərlə görüşüb. 

Görüşdən sonra illərdir Ərdoğanın tədbirlərinin aparıcısı olan Orxan Karakurt önəmli bir elan verəcəyini deyərək söz istəyib. 

Karakurt "Prezidentimizin rəhbərliyi ilə 30 mart şənbə günü..." demişdi ki, Ərdoğanın onun səhvini düzəldib və "30 may" deyə xəbərdarlıq edib. 

İkinci dəfə o, "30 may saat 17:30-da Yenikapı Meydanında möhtəşəm tədbir var" deyib. Bu dəfə də Ərdoğanın ona müdaxilə edib və "fəth tədbiri" deyə düzəliş edib. 

Aparıcı həyəcanla 3-cü dəfə də səhv edib - "652. Fəth tədbiri...". Ərdoğan başını yelləyərək bu dəfə də aparıcıya düzəliş edib. "562-ci". Lakin səs-küydən prezidentin nə dediyini eşitməyən Karakurt ona yaxınlaşaraq rəqəmi təsdiqlədib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar