Antibakterial sabunlar yalan imiş - ABŞ
05.09.2016 511 0
ABŞ-ın Ərzaq və Dərmanlara Nəzarət Agentliyi antibakterial sabunlara rəsmən qadağa qoyub.
Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, buna səbəb həmin sabunların təhlükəsizliyi ilə bağlı sübutların olmamasıdır.
Qeyd olunub ki, ən məşhur antibakterial sabunların tərkibində triklokarban və triklozan var. 10 il ərzində istehsalçılar həmin məhsulların adi sabunlardan daha effektli olması ilə bağlı ortaya heç bir sübut qoya bilməyiblər.
“İstehlakçılar elə hesab edir ki, antibakterial sabunlar mikrobları daha effektli məhv edir. Lakin belə deyil. Bundan başqa bu məhsulların uzun müddət istifadəsi sağlamlıqla bağlı problemlərə yol aça bilər”, - agentliyin rəhbərlərindən biri olan Canet Vudkok deyib.
Digər xəbərlər:
Şərhlər




