ANS-in yayımının kəsilmə anı - Video
19.07.2016 761 0.0 0

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində ANS televiziyasının yayımından imtina edilib.

Qazeta.info “Qafqazinfo” -ya əsasən xəbər verir ki, fəaliyyəti müvəqqəti dayandırılan kanalın sonuncu efirində iqtisadi xəbərlər yer alıb. Axşam 18-19 radələrində ANS-in yayımı kəsilib. Bununla bağlı efirdə hər hansı xəbərdarlıq olmayıb.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının yaydığı məlumata əsasən ANS terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirməsi, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürməsi, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışması və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atdığı üçün müvəqqəti olaraq bağlanıb.

ANS-in efirinin kəsilmə anının görüntüsünü təqdim edirik:

 


Digər xəbərlər:
Şərhlər
avatar