ANS-in keçmiş 5 əməkdaşı AzTV-də işə başladı - SİYAHI
26.12.2016 1039 0.0 0

Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar.
Məlumata görə, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.
Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir.
AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar