Ankarada terror həyəcanı
30.03.2016 636 0.0 0

İctimai nəqliyyatda aparılan yoxlama artıq bitib. Polisin apardığı yoxlama zamanı heç bir partlayıcı maddə tapılmayıb. Yol artıq hərəkətə açılıb.  

İkinci terror həyəcanı isə hava limanında - Ankara-Erzincan təyyarəsində yaşanıb. Təyyarədə dərhal axtarış başlayıb. Uzun müddətli araşdırmalar nəticəsində heç nə tapılmayıb. 

Bomba xəbərdarlığına görə,  3 "Erzincanspor"lu futbolçu saxlanılıb. 
Onlar uçuş təhlükəsizliyini təhdid və əsassız  xəbərdarlıq etməkdə ittiham edilərək polisə aparılıblar.

Saat 16:39

Türkiyənin paytaxtı Ankarada növbəti terror həyəcanı yaşanıb. "CNN türk"ə istinadla verilən məlumata görə, bomba ola biləcəyi ehtimalına görə ictimai nəqliyyat - avtobus saxlanılıb. Maraqlıdır ki, hadisə ötən ay terror hadisəsinin baş verdiyi Kızıl Ay meydanı yaxınlığında yaşanıb. 

Atatürk Bulvarının Akay yoxuşunda bomba ola biləcəyi şübhəsi ilə təhlükəsizlik xidməti əməkdaşları avtobus saxlayıblar. Sürücü və sərnişinlər evakuasiya edilib. Bomba zərərsizləşdirmə əməkdaşları hadisə yerində işə başlayıblar. 

 
Ankarada ölü sayı 37-yə çatdı
Adıçəkilən istiqamət paytaxtın ən önəmli nəqliyyat qovşaqlarından biridir. 

Yol nəqliyyatın hərəkəti üçün bağlanılıb. 

Ankarada sonuncu dəfə terror aktı mart ayının 13-də baş verib. Qızılay meydanında avtobus dayanacağında törədilən terror aktı nəticəsində 37 nəfər ölüb.  Daha bir terror hadisəsi isə fevralın 18-də baş verib. Hərbçilərin maşınının partladılması nəticəsində ölü sayı 27 olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar