Anjey Kaspşikin mandatı 20-ci dəfə uzadılıb
04.02.2016 452 0.0 0

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı daha bir il müddətinə uzadılıb.
 
Bu barədə  ATƏT-in mətbuat xidmətindən məlumat verilib. Müvafiq qərar ATƏT Daimi Şurasının iclasında açıqlanıb.
 
Polşalı diplomat 20-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. Bildirək ki, A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar