Anar Məmmədov Trampın andiçməsinə dəvət olunub
23.11.2016 1290 0.0 0

“Amerika-Azərbaycan” Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub. 

Qazeta.info "Qafqazinfo"nun məlumatına əsasən bildirir ki, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq. 

Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. O, eyni zamanda Bakının Xətai rayonu ərazisində yerləşən “Tramp” adlı böyük bir plaza da inşa etdirib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar