Ana iki qızını öldürdü- ata isə həyat yoldaşının başını kəsdi
22.09.2015 729 0.0 0
Türkiyənin Diyarbəkr vilayətində dəhşətli qətl törədilib.

 

Türkiyə mətbuatına istinadən xəbərinə görə, əsəb xəstəliyindən əziyyət çəkən qadın iki qızını qətlə yetirib. Qızların atası isə qadını öldürüb.

 

Məlumata görə, iki qızı ilə cib xərci üstündə mübahisə edən ana onlara odlu silahdan atəş açıb. 18 və 20 yaşlı qızların ikisi də hadisə yerində ölüb. Qadın səsə otağa girən ərinə də atəş açmaq istəyib.

 

Silah açılmadığından onun niyyəti baş tutmayıb. Əri mətbəxdən götürdüyü bıçaqla arvadının boğazını kəsib və qadın da hadisə yerində ölüb. 

 

Faktla bağlı araşdırma aparılır. Ailənin başçısı tutulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar