Ana-bala birləşib atları kəsdilər - Video
16.10.2017 804 0.0 0

Bərdədə qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və  sağlamlığına dair heç bir sənədi olmayan, at əti aşkarlanıb.


APA TV-nin yerli bürosunun məlumatına görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətinə baxış keçirib.

Araşdırma zamanı 2 at başı, heyvanların mədə-bağırsağı, ətdən ayrılmış  sümüklər, dərilər, dırnaqları 100 kq sümüklü at əti və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ləvazimatlar aşkar olunub. Atları ev Vəsilə Novruzovanın Novruzov Niyaməddin Nurəddin oğlu ilə birgə kəsdikləri müəyyən edilib.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.


Bu, onların birlikdə həyata keçirdiyi ikinci  belə hadisədir. Novruzova Vəsilə Ərşad qızı 15 sentyabr 2017-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq 200 manat miqdarında cərimə olunub.

Hadisə ilə bağlı materiallar toplanaraq araşdırmalar aparılması üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.

 


Digər xəbərlər:
Şərhlər
avatar