Amerikalı həmsədr məcburi köçkünlərlə görüşəcək
12.06.2015 572 0.0 0

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair müzakirələr aparacaq və münaqişə zonasından olan məcburi köçkünlərə də baş çəkəcəyini bildirib.

Bu barədə Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.

Diplomat həmçinin I Avropa Oyunlarının bu gün keçiriləcək açılış mərasimini səbirsizliklə gözlədiyini bildirib.

Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimi bu gün baş tutacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar