
AMEA Rəyasət Heyəti, Mətbuat Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində problemlərin yaranması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qazeta.info -nun məlumatına görə, AMEA-nın yaydığı açıqlamada bildirir ki, Bəzi informasiya saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin guya səhhətində problemlərin yaranması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
AMEA Rəyasət Heyətinin Mətbuat xidməti bununla bağlı bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və akademik Ramiz Mehdiyev hazırda işinin başındadır.
Media nümayəndələrini peşəkar jurnalistika prinsiplərinə və etik normalara riayət etməyə, dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırırıq.