Almaniyada partlayış olub
25.07.2016 636 0.0 0

Almaniyanın cənubundakı Ansbah şəhərində restoranda güclü partlayış baş verib.
Məlumata görə törədilən partlayış nəticəsində 14 nəfər yaralanıb.

Reuters agentliyinə istinadən verilən xəbərə görə, xəsarət alanlarda 3-ün vəziyyətinin ağır olduğu bildirilir.
 
Partlayışın kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.  Partlayış  “Eugens Weinstube” restoranının qarşısında baş verib. Bavariyanın daxili işlər naziri bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb. Adı açıqlanmayan şəxsin Suriya əsilli olduğu qeyd olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar