Almaniya yarımfinalda yenə Rusiya ilə qarşılaşır
25.06.2015 682 0.0 0
Kişilər arasında voleybol komandaları 1/2 finala ciddi-cəhdlə hazırlaşır

Kişilər arasında Almaniyanın voleybol komandası bu günədək uduzduğu yeganə komanda - Rusiya ilə yenidən qarşılaşmalı olacaq. Bu dəfə yarım final görüşündə.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, 1/2 finala düşmək üçün Almaniya rəqibi Serbiyanı 3-0 hesabı ilə məğlub etdi. Almanların kapitanı Joxen Şops üçüncü seti nisbətən asan udmalarının (25-17 hesabı ilə) səbəbini Serbiyanın ilk iki seti "korlamasında" görür:

Biz əvvəlki setlərdə onların qabağını ala bilmirdik, nəzarət imkanlarımız məhdud idi. Lakin ikinci setin sonunda hər şeyi daha çox uzlaşdırabildik. Bu da serblərin bir qədər ruhdan düşməsinə gətirib çıxartdı.-Kapitan Joxen Şops

Kapita deyir ki, alman voleybolçularının böyük potensialı var: "Daha yaxşı oynaya bilərik. Bunu göstərmək vaxtıdır, çünki bu yarımfinaldır."

Oyunun birinci seti demək olar bərabər əsaslarla keçib. Serbiya iki xalla üstünlüyü ələ almazdan öncə hər iki komanda arasında xal mübadiləsi oldu. Lakin ikisetli xallar havaya sovruldu və Almaniya Şopsun yaratdığı imkanlarla 26-24 hesabı ilə seti geri götürdü.

İkinci setdə Almaniya komandası büdrəyərək üstünlüyü əldən verir. Lakin onlar seti ikinci taym müddətində yenidən 26-24 xal səviyyəsində bağlaya bildilər.

Sonuncu set daha çox birtərəfli keçirdi. Çünki Almaniya 12:5 xal üstünlüyü ilə yarışırdı. Oyunun qalan hissəsi formal səciyyə daşımış oldu. Həmin gün 25 yaşını qeyd edən Denis Kaliberdadanın köməyilə onlar finala çıxan dördlüyə düşmək şanısını qazandılar. 

Rusiya rəqibi Fransanı eyni hesabla məğlub etdi

Rusiya ilə yarımfinal qarşılaşması barədə danışarkən Şops bildirdi: "Məncə, onlar əla hazırlaşacaqlar. Onlar turnirdən öncə bilirdilər ki, biz yaxşı komandayıq və zənnimcə, onlar eyni münasibət və üslübla oyun nümayiş etdirəcəklər."

Dörddəbir final mərhələsinin digər görüşündə -  Rusiya Fransa üzərində 3-0 hesabı ilə (25-23, 25-23, 25-22 xal hesabı) qələbə çalıb. Birinci iki setin nəticələri təxminən oxşar idi, lakin Rusiya üçüncü setdə qalib gəldi. 

Üçüncü setdə rus oyunçusu Yeqor Kliuka topu oyuna qaytarmaq üçün lövhəyə doğru tullandı və Dmitri Kovalyov həlledici zərbə nümayiş etdirdi. Beləliklə, oyun 7-5 xal üstünlüyü ilə Rusiyanın xeyrinə başa çatdı. 

Bu, Rusiyanın hazırkı turnirdə ikinci qələbəsi idi. Məşqçi Sergey Şlyapkinov isə yarımfinal üçün seçimlərdən narazılıq edir:

Bu seçimin məntiqini başa düşmürəm. Düşünürəm ki, idman prinsipi burada tamam alt-üst olub. Fransa komandası da bu mərhələyə çox böyük çətinliklə gəlib çata bildi. Belə çıxır ki, ikinci komanda ikinciyə qarşı oynayır. Biz daha zəif rəqiblə qarşılaşmaya layiq idik.-Məşqçi Sergey Şlyapnikov

Digər iki yarımfinalçılar da günün başlanğıcında keçirilmiş oyunlar nəticəsində bəlli olmuşdu. Oyunlardan birində Polşa Slovakiyanı məğlub etdi. O, günün ikinci oyununda Türkiyəni məğlub edən Bolqarıstanla qarşılaşacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar