Almaniya hərbçiləri İraqdan çıxır
23.09.2016 550 0.0 0

Yezidi kürdləri, ölkənin şimalındakı kürd muxtariyyətinin silahlılarını ("peşmərgələr") təlimatlandıran Almaniya hərbçiləri İraqdan çıxır.

"Report" İHA-ya istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Ursula von der Leyen hərbi təlimatçılarının xidməti müddətinin başa çatdığını bildirib.

Məlumata görə, almaniyalı 140 həbrçi 2015-ci ilin yanvarından Ərbildə kürd silahlılarının təlimatlandırılması ilə məşğul olub.

Xəbərdə bildirilib ki, onların təlimatlandırdığı silahlılar terrorçu İŞİD-ə qarşı döyüşəcək potensial qüvvə sayılır.

Məlumatda həmçinin almaniyalı hərbçilərlə yanaşı, Hollandiya, Belçika və Macarıstandan olan təlimatçıların da kürdlərə təlim keçdikləri vurğulanıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar