Almaniya ancaq qızıl istəyir
27.06.2015 705 0.0 0
Kişilər arasında voleybolda Almaniya finalda Bolqarıstanla üzləşəcək

Voleybol üzrə yarımfinal görüşündə qarşılaşan Almaniya və Rusiya arasında oyunda birincilər 3-1 hesabı (25-17, 18-25, 25-18, 25-18) ilə qalib gəliblər. Beləliklə, qızıl medal uğrunda final görüşü isə Almaniya və Bolqarıstan komandaları arasında keçiriləcək.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki,  Almaniya komandası Rio Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün maksimum çox xal qazanmalıdır. Almaniya komandasının Belçikalı məşqçisi Vital Heynenin sözlərinə görə, final görüşünə vəsiqə qazanmaq onlar üçün maksimum nəticə deyildir.

Bazar günü final oyunundan sonra sevinmək istəyirik. Biz buraya 3 həftə bundan əvvəl dediyim kimi qızıl medal üçün gəlmişik.-Məşqçi Vital Heynen

İlk setdə Rusiya komandası üstün olsa da, sonradan Almaniya komandası öz gücünü göstərə bilib.

İkinci setə komandalar bərabər hesabla -  5-5 olaraq başlasalar da, Tom Strohbaxın qeyri-dəqiq zərbəsindən sonra Rusiya ardıcıl 4 xal qazanıb.

Almaniya 3-cü setdə öz üstünlüyünü yenidən göstərə bilib. Rusiya komandasının oyunçusu Viktor Poletayevin qeyri- dəqiq atışı tora dəyir. Bundan sonra Heynenin komandası xalları bir-bir öz hesablarına yazmağa başlayırlar.

Heynenin komandası 18-12 xal hesabı ilə final setdə üstünlqyq ələ alır. Yoxen Şops (GER) və oyunun əsas ulduzu Kristian Fromm (GER) xalları artırmağa başlayırlar ki, bu da Rusiyanın özünə inamını azaldır. Yekunda Frommun topa zərbəsinin qarşısını almaq mümkün olmur.  

İndiyədək Rusiya Almaniyanı öz açıq qrup matçlarında məğlub edib. Almaniyanın məşqçisi Heynen anlayır ki, onların qələbəsinə rusların əsas oyunçusu Vlasov mane ola bilərdi.

Bizim top ötürən blok müdafiəçimiz daha yaxşı idi. Biz rusların qarşısını almaq üçün böyük iş gördük. Amma etiraf etmək lazımdır ki, əgər sizind də Vlasov kimi bir oyunçunuz olsaydı, 50 faiz ehtimalla fantastik bir oyun nümayiş etdirmiş olardınız.-Məşqçi Vital Heynen

Günün birinci yarımfinalında Bolqarıstan Polşanı 3-2 xal hesabı ilə məğlub edib. Beləliklə, bazar günü saat 10:30-da Polşa bürünc medal uğrunda Rusiya ilə üzləşməli olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar