Alimlər özübərpaolunan elektron dəri hazırlayıblar
16.02.2018 864 0.0 0

Elektron dəri insan dərisini təqlid edən incə, yarımşəffaf materialdır. Ondan robot texnikasında və protezlərin hazırlanmasında istifadə edilir.

ABŞ-ın Kolorado Universitetinin mütəxəssisləri elektron dərini toxunuşlara qarşı daha həssas olmağa imkan verən yeni texnologiyanı tətbiq ediblər.

Qazeta.info AZƏRTAC  -a istinadla xəbər verir ki, süni dəriyə təzyiq, temperatur və rütubətin ölçülməsi üçün sensorlar inteqrasiya edilib. Yeni ixtiranın əsasında xüsusi polimer dayanır. Alimlər polimeri gümüş nanozərrəciklərlə örtüblər ki, bu da məmulatı daha möhkəm etməyə imkan verib. Elektron dəri olduqca elastikdir və asanlıqla lazımi formanı alır. Yeni dərinin daha bir üstünlüyü də özünü bərpaetmə xüsusiyyətidir. Bu, ixtiranın uzun ömürlü olmasını təmin edəcək. Həmçinin elektron dəri tamamilə emal edilə bilər. Bunun üçün xüsusi məhluldan istifadə olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar