Ali təhsili olmayan deputat kimdir?
02.11.2015 564 0.0 0

Bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov maraqlı fakt açıqlayıb.

O bildirib ki, Milli Məclisə seçilən yeni deputatlardan 124-ü ali təhsilli, 1-i isə orta ixtisas təhsillidir.

Qazeta.info bildirir ki, AzVision.az-ın araşdırması zamanı məlum olub ki, Milli Məclisin ali təhsili olmayan deputatı Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovadır. 

Qeyd edək ki, Xalq artisti 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar