Aleksandr Lapşinin yeni vəkilinin adı məlum olub
24.02.2017 651 0.0 0

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin hüquqlarını müdafiə edəcək yeni vəkilin adı məlum olub.

Məlumata görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Eduard Çernin A. Lapşinin şəxsi istəyi ilə onun müdafiəsinə qoşulub.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar