Akif Nağı Rusiya səfirinə müraciət edib
19.09.2016 457 0.0 0

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı separatçı rejimlərin sentyabrın sonunda Moskvada gözlənilən toplantısı ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinə etiraz məktubu göndərib.

 

QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, A. Nağı məktubunda qeyd edib ki, mətbuatda sentyabrın sonunda Moskva şəhərində separatçı rejimlərin toplantısının keçiriləcəyi, toplantıda Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin də iştirak edəcəyinə dair məlumatlar dərc olunub: “Rusiya tərəfindən bu qondarma rejimin hansısa tədbirə dəvət olunması və yaxud Rusiya ərazisində hansısa tədbirdə iştirakına şərait yaradılmasını Azərbaycanın suveren hüquqlarına, ərazi bütövlüyünə hörmətsizlik və qəsd kimi dəyərləndiririk. Ümumiyyətlə, separatçıların belə bir toplantısının məhz Rusiyada, onun paytaxtında keçirilməsi ciddi narahatlıq doğurur. Belə bir təsəvvür daha da möhkəmlənir ki, Rusiya dünyanın müxtəlif yerlərində separatçı hərəkatlar yaradır, onlara dəstək verir, himayə edir və öz məqsədləri üçün istifadə edir. Biz Rusiyanı bu cür mövqedən geri çəkilməyə çağırır, bu siyasətinə son qoymasını tələb edirik. Rusiya ATET Minsk Qrupunun həmsədri kimi də öz məsuliyyətini dərk etməli, bu tədbirin keçirilməsinə imkan verməməlidir. Biz sizdən bu məsələyə aydınlıq gətirilməsini, uyğun addımların atılmasını xahiş edirik. Əks halda, Rusiyanın Minsk qrupunda fəaliyyətinə xitam verilməsi, Rusiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin dayandırılması istiqamətində tədbirlərə əl atacağıq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar