Akademik Vasim Məmmədəliyev vəfat edib
14.10.2019 493 0.0 0

Görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli, akademik Vasim Məmmədəliyev vəfat edib.

Qazeta.info bildirir ki, bu barədə Bakı Dövlət Universitetinin rəsmi “Facebook” səhifəsində bildirilir.

Qeyd edək ki,1942-ci ildə Bakıda həkim ailəsində anadan olan Vasim Məmmədəliyev 1959-1964-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib.
1979-cu ildən BDU-nun Ərəb filologiyası kafedrasının professoru, 1991-ci ildən həmin kafedranın müdiri olub.
Vasim Məmmədəliyev 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə həqiqi üzvü seçilib.
Akademikin əsərləri dünyanın bir çox ölkəsində nəşr edilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib.
Akademik "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" adlı əsərləri ilə ərəb dilçiliyinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb.
Allah rəhmət eləsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar