Ajda Pekkan Bakının mərkəzində gəzintiyə çıxdı- VİDEO
12.01.2018 1243 0.0 0

Türk musiqisinin divası Ajda Pekkan Bakıda gəzintiyə çıxıb.

 

Məlumata görə, Türkiyə musiqisinin əfsanəsi Fəvvarələr meydanında gəzərək Bakı haqqında məlumatlar öyrənib. Ətrafdan keçən insanların böyük marağına səbəb olan müğənni daha sonra restoranlardan birində yemək yeyib. 

 

Müğənni sevənlərinə avtoqraf verməyi də unutmayıb.  

 

Qeyd edək ki, məşhur müğənni Bakıya "Nargis magazine" jurnalının 5 yaşı münasibəti ilə səfər edib. Türkiyə musiqisinin əfsanəsi yanvar ayının 13-də Heydər Əliyev adına Sarayda konsert verəcək. /Baku.ws/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar