Ajda Pekkan bakılıları Azərbaycan dilində salamladı
14.01.2018 984 0.0 0

Ajda Pekkanın Bakı konserti "Nargis" jurnalının 5 illiyinə həsr olunub

Məşhur türkiyəli müğənni Ajda Pekkan Heydər Əliyev sarayında konsert verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyə estradasının ulduzunu rəqs qrupları müşayiət edib.

Pekkan tamaşaçıları Azərbaycan dilində salamlayıb: "Azərbaycanlı dostlarım, sizi görməkdən xoşbəxtəm. Sizin diliniz üçün ürəyim gedir. İllər əvvəl bu qədər yaxın dildə danışdığımızı başa düşməmişdim".

Qeyd edək ki, Ajda Pekkanın Bakı konserti "Nargis" jurnalının 5 illiyinə həsr olunub. Müğənni Bakıya "Nargis" Nəşriyyat Evinin rəhbəri Ülviyyə Mahmudovanın dəvəti ilə gəlib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar