Ağır yol qəzası- Avtomobil traktorla toqquşub, ölən var
01.12.2016 822 0.0 0

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, Ağsu-Kürdəmir-İmişli yolunun 27-ci kilometrliyində, Kürdəmir rayonunun Qaraqocalı  kəndindən keçən hissəsində Ağsu rayon sakini, 1981-ci il təvəllüdlü Vüsal Nadir oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakin,i 1993-cü il təvəllüdlü Əşrəf Müslüm oğlu İsmayılovun  idarə etdiyi qoşqulu traktor toqquşub.

 

Nəticədə minik maşınında olan sərnişin Məhəmməd Nadir oğlu Əhmədov ağır xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov xəstəxanada ölüb.

 

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar