Ağır yol qəzası- avtomobil aşıb, sürücü ölüb
10.10.2016 558 0.0 0

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 54-cü kilometrliyində, Kürdəmir rayonunun Çöl ərəb kəndində qeydə alınıb. Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Qinyaz Əlövsət oğlu Həmidovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetməsən çıxaraq, aşıb. Nəticədə ağır xəsarət alan sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar