Ağır yol qəzası-5 nəfər dünyasını dəyişdi
22.02.2015 813 0.0 0
Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)  verilən məlumata görə, fevralın 22-si saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində “VAZ 2106” markalı avtomobillə TİR yük avtomobili toqquşub.

 

Hadisə nəticəsində “VAZ 2106”-da olan 5 nəfər - sürücü və sərnişinlər yerində ölüb.

 

Ölənlərin adı və digər təfərrüatlar dəqiqləşdirilir.

 

Hadisə yerində BDYPİ-nin müstəntiqləri araşdırma aparır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar